ABŞ Prezidenti Donald Tramp Çindən ABŞ-yə gətirilən bəzi dronlara 100 faizlik idxal tarifi tətbiq edib.
Gununsesi.info bu haqda “The New York Times” qəzetinə istinadla məlumat verir.
Yeni tarif 25 kiloqramdan ağır olan və ya termal görüntüləmə imkanına malik dronlara aiddir. Eyni qayda bu dronlar üçün istifadə olunan dok stansiyalarına da şamil edilir.
Məlumata görə, bu tip dronların böyük hissəsi Çində istehsal olunur və ABŞ-də hüquq-mühafizə orqanları tərəfindən istifadə edilir. Onlardan meşə yanğınlarının izlənilməsi və itkin şəxslərin axtarışı kimi işlərdə yararlanılır.
Daha kiçik dronlara isə 25 faizlik rüsum tətbiq olunur.










