İtaliya Trans-Adriatik Qaz Boru Kəmərinin tikintisinə razılıq verib

  • Müəllif: admin
  • 28 Mart 2017 07:53

Trans-Adriatik Qaz Boru Kemeri

İtaliyanın Dövlət Şurası Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) tikintisinə razılıq verib.

Gununsesi.info “APA-Economics”ə istinadən bildirir ki, beləliklə, Dövlət Şurası İtaliyanın cənubunda yerləşən Apuliya vilayətinin rəsmi etirazı rədd olunub.

Son zamanlar vilayətin sakinləri TAP-ın tikintisinə qarşə etiraz aksiyaları keçirib.

Dövlət Şurasının qərarı faktiki olaraq Azərbaycan qazını İtaliyaya çatdıracaq TAP-ın tikintisinə yaşıl işığın yandırılması deməkdir.

Ümumi uzunluğu 520 km olan TAP Cənub Qaz Dəhlizinin davamı olaraq Yunanıstan, Albaniya və İtaliya ərazisindən keçir. İlkin mərhələdə TAP-ın buraxılış qabiliyyəti 10 mlrd. kubmetrdir. Sonrakı mərhələdə bu rəqəm 20 mlrd. kubmetrədək artırıla bilər.

Gununsesi.info