Atanın 7 yaşlı oğlunu qətlə yetirməsi polisləri də dəhşətə gətirib - "UŞAĞI BELƏ VƏHŞİCƏSİNƏ ÖLDÜRMƏK…"

  • Müəllif: admin
  • 29 Mart 2017 22:50

cekicle basini

Sabirabad rayonunda 7 yaşlı uşağın vəhşicəsinə öldürülməsi yalnız sıravi vətəndaşları deyil, həmçinin yüzlərlə-minlərlə cinayətlər görmüş hüquq-mühafizə orqanlarının əməkdaşlarını da şoka salıb.

Gununsesi.info xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları “Sputnik”in müxbiri ilə söhbətində Azərbaycanda ölüm hökmünün olmamasına heyfsləndiklərini, “bəzi insanların yaşamağa haqqı olmadığını” bildiriblər.

Sabirabad Rayon Polis İdarəsindən bildirildiyinə görə, qətldə şübhəli olaraq 1987-ci il təvəllüdlü Məmmədov Röyal Şakir oğlu saxlanılıb və o, dindirmədə hadisəni necə törətdiyini danışıb.  Cinayət martın 28-nə keçən gecə rayonun Ulacalı kəndində törədilib. Röyal Məmmədov öz oğlunu, 2010-cu il təvəllüdlü Röyamı qətlə yetirib. Əvvəllər üç dəfə mühakimə olunmuş Röyal Məmmədov həbsxanadan yenicə çıxaraq evinə qayıdıb. Həbsxanadan qayıtmış Röyal həyat yoldaşını xəyanətdə günahlandırıb və Röyamın başqa kişidən olduğunu iddia edib. “Bu zəmində Röyalla həyat yoldaşı arasında münaqişə yaranıb. Röyal Məmmədov dəfələrlə həyat yoldaşını və uşağı öldürməklə hədələyib. Sonuncu mübahisə zamanı o həyat yoldaşını öldürmək istəyib, lakin qadın onun əlindən qurtularaq qaçıb” — polisdən bildiriblər.

Dindirmə zamanı Röyal Məmmədov qeyd edib ki, gecə o çəkic götürərək uşağı evdən aralıdakı daxmaya aparıb. Orada o uşağı qətlə yetirib. Röyal uşağın başına çəkiclə 7 zərbə endirib. Sonra Məmmədov polisə zəng edərək cinayəti etiraf edib.  “İndiyədək gördüyümüz dəhşətdən özümüzə gələ bilmirik. Uşağı belə vəhşicəsinə öldürmək…” – polislər bildiriblər.

Gununsesi.info