Cənubi Koreya prezidentinin həbsinə fərman verildi

  • Müəllif: admin
  • 30 Mart 2017 08:18

cenubi koreya prezidenti

Cənubi Koreya məhkəməsi sabiq prezident Pak Kın Henin həbsi barədə fərman verib.

Gununsesi.info-nun “Report”a istinadən verdiyi  xəbərə görə, bu barədə YTN telekanalı məlumat yayıb.

Martın 27-də Koreya Respublikasının Prokurorluğu məhkəməyə müvafiq sorğu göndərib. Beləliklə, məhkəmə istintaq sabiq prezidentin ünvanına irəli sürdüyü ittiham ilə razılaşmış olub.

Onların arasında əsas ittihamlar rüşvətxorluq və hakimiyyətdən sui-istifadə oldu.

Gununsesi.info