
Bir müddətdir Amerikada yaşayan müğənni Sərdar Ortaç və xanımı Xloe Lougnandan sima olaraq seçildikləri şirkətin tanıtım toplantısında iştirak ediblər.
Gununsesi.info axsam.az-a istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran sənətçi xanımının hamiləlik xəbərinin yalan olduğunu bildirib:
“Kaşki, o xəbər doğru olsaydı, Xloe hamilə qalsaydı. Keçən dəfə bu xəbəri Arto zarafat olaraq deyib, hamı da inanıb”.
Qeyd edək ki, bir müddət bundan əvvəl “Rengli sayfalar” verilişinə telefonla canlı bağlanan müğənni Arto Xoloenin hamilə olduğunu söyləmişdi. Sərdarın yanında olan Arto xəbəri verərkən müğənni də inkar etməmişdi.
Gununsesi.info












