Lənkərandan soyqırımla bağlı FOTOREPORTAJ

  • Müəllif: admin
  • 31 Mart 2017 13:40

unnamed (19)

1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan, sonra ölkənin bölgələrində davam etdirilən, 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnən soyqırım günündən bizi təqribən 1 əsrlik zaman fasiləsi ayırsa da,tarixdə heç nə unudulmur,heç nə yaddan çıxmır.

Gununsesi.info-nun qanlı qırğınların günahsəz qurbanlarının xatirəsi bu gün Lənkəranda geniş ictimaiyyətin iştirakı ilə yad olunub.Minlərlə rayon sakini,peşəsindən,yaşından ,dini mənsubiyyətindən asılı olmayaraq şəhərin mərkəzində soyqırım qurbanlarının xatirəsinə inşa olunmuş abidə kompleksi ziyarət edib.Kompleksin önünə ehtiram rəmzi olaraq al-qırmızı qərənfillər düzülüb.

unnamed (21)

Anım mərasimi Lənkəran Dövlət Universitetində elmi-praktik konfransla davam etdirilib.Mərasim soyqırım qurbanlarının xatirəsinin 1 dəqiqəlik sukutla anılması ilə başlanıb.LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov 99 il öncə baş vermiş faciədən və sonrakı davamından tarixi ardıcıllıqla,faktlara istinadən söz açıb,bildirib ki,təkcə Lənkəran quberniyasında 2 mindən cox günahsız insan vəhşicəsinə qətlə yetirilib,40 kənd yandırılıb,bütün quberniya viran qoyularaq talan edilib. Natiq İbrahimov 1992-ci ilin Xocalı qətlyamı üzərində xüsusi dayanaraq baş verənlərin bir daha təkrarlanmaması üçün gənc nəsli diqqətli,vətənpərvər olmağa çağırıb.Elmi –praktik konfransda edilən  məruzə və çıxışlarda paytaxt Bakı ilə yanaşı bölgələrdə,xüsusən cənub bölgəsində,Lənkəran-Astara qəzasında törədilən erməni vəhşilkiləri önə çəkilib.Anım mərasimində erməni vəhşiliklərini əks etdirən video-film nümayiş etdirilib.

unnamed (22)

Xatırladaq ki,1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

unnamed (20)

Gununsesi.info