Gununsesi.info xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı deyib.
Onun sözlərinə görə, bu saata kimi neft daşları və platformalarda hər hansı bir hadisə baş verməyib:
“Salamatlıqdır, heç bir problem yoxdur. Neftçilər vaxt dəyişəndə işə gedib və işdən gəlirlər. Platformalardan təxliyyə qasırğa başlayana kimi həyata keçirilir. Bu saata 4 idarədən 300 nəfərə kimi təxliyyə olunub. Onlardan 35 nəfəri Neft Daşları NQÇİ-nin işçiləridir.Təhlükəli iş sahəsindən çıxarılanların əksəriyyəti N.Nərimanov adına NQÇİ-nin işçiləridir. 28 May adına NQÇİ-nin platformalarından isə bir nəfər də olsun təxliyyə olunmayıb”.
Mirvari Qəhrəmanlı hesab edir ki, 28 May adına NQÇİ-nin platformalarının müəyyən əməkdaşları oradan çıxarılmalıdır:
“Əgər bu platformada nəsə baş versə məsuliyyət rəhbər şəxslərin üzərində qalacaq”.
Gununsesi.info











