Türkiyədə terror –  Polislər hədəfdə

  • Müəllif: admin
  • 03 Aprel 2017 23:08

turk-polis-300x200

 

Türkiyənin Mersin şəhərinin cənubunda baş vermiş bomba partlayışı nəticəsində 2 polis əməkdaşı yaralanıb.

“Ölkə.Az” xəbər verir ki, Mersin polis idarəsindən hadisənin terror aktı olduğu bildirilib. Açıqlamaya görə, bu bombalı hücumun təşkilatçılarını və icraçılarını tapmaq üçün əməliyyat-axtarış tədbirləri başladılıb.

Mersin şəhərinin meri Özdəmir Çakaçak bombanın uzaqdan idarə olunan qurğu ilə parladıldığını və məsələ ilə bağlı təhqiqatların davam etdiyini deyib.

Yaralanmış 2 polis əməkdaşı Mersin Tibb Universitetinin xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilib.

 

Gununsesi.info