“2 nəfər yaşlı adam zibil qutusu “üstündə” az qala əlbəyaxa döyüşə çıxmışdı…” - FİRUZ MUSTAFA

  • Müəllif: admin
  • 04 Aprel 2017 12:00

zibillik

“Yaşayış evlərindən bir az kənarda iri, dəmir zibil qutusu qoyulub. Qutunun altı təkərlidir. Bu, yəqin ki, zibilyığanların işini asanlaşdırmaq üçündür. Axı ağır, metaldan tökülmüş zibil qabını bəzən yerindən tərpətmək lazım gəlir”.

Gununsesi.info-nun xəbərinə görə, bunu tanınmış yazıçı Firuz Mustafa öz “Facebook” səhifəsində yazıb.

O, yazıb ki, bir neçə gün əvvəl isə həmin qutunun yanından keçərkən zibil qabına soxulmuş iki itin bir-birini diddiyini görüb.

“Yəqin ki, qutudakı yağlı sümük üstündə boğuşurdular. Qutu boğuşan itlərin ayağı altında yırğalanırdı.
Dünənsə başqa bir mənzərənin şahidi oldum. İki nəfər yaşlı adam zibil qutusunun yanında az qala əlbəyaxa döyüşə çıxmışdı. Onların hərəsi qutunu bir tərəfə dartırdı.

Təkərin üstünə bərkidilmiş iri zibil qabları nənni kimi o yan-bu yana yellənirdi. Yaxınlıqdan keçənlər ayaq saxlayıb vuruşan kişilərə baxırdılar. Tezliklə belə məlum oldu ki, qutuya atılan tullantını ələ keçirmək uğrunda dava gedir.

Bu da günümüzün bir reallığı…”-deyə, o, sonra yazıb.

Gununsesi.info