Rusiyadan gətirilən 8200 siqaret gömrükdə müsadirə edilib - FOTO

  • Müəllif: admin
  • 05 Aprel 2017 10:24

dgk_050417_01

8200 ədəd siqaret aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Vaz 21063” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin ayaqaltılarının altından gömrük nəzarətindən gizlədilən 8200 ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
dgk_050417_02
Anar
Gununsesi.info