
4 günlük müharibədə qəhrəmancasına vuruşmuş azərbaycanlı zabitin keçən ilin may ayında verdiyi müsahibəni ermənilər xəyallarına uygun tərcümə edib.
Gununsesi.info Turkaznews.com xəbər verir ki, Artur Arshakian adlı istifadəçinin Youtube portalına yerləşdirdiyi “Азербайджанский генерал о 4-дневной войне против Арцаха” adlı videoda azərbaycanlı zabit göstərdikləri şücaətdən danışır, ermənilərin bu torpaqları bir daha geri qaytara bilməyəcəyini deyir. Ermənilərin videonun üzərinə yerləşdirdiyi subtitrdə isə tamamilə absurd sözlər yer alıb. Onlar zabitin rütbəsini də qəsdən general yazıblar ki, erməni xalqını Azərbaycan hərbçisinin ən yüksək rütbəlisinin belə qorxaq olduğuna inandırsınlar.
Zabitin dediyi sözlər: “Heç bir Azərbaycan əsgəri son damla qanına qədər savaşsa da, o mövqelərdən geri çəkilməz. Yəni düşmən də heç vaxt cəsarət edib o mövqelərə bir daha girməyə cəhd göstərməz. Çünki onun üçün böyük bir tələfata gətirib çıxara bilər. Düşmən özü də bunu gözəl dərk eləyir. Baxmayaraq döyüş gedişatında bir neçə dəfə buna cəhd göstərsə də, o mövqeləri ələ keçirmək üçün əks həmlələrə keçsə də, bu düşməndə alınmadı və özü də orada yersiz, lazımsız itkilərinin şahidi oldu ki, Azərbaycan ordusununu qarşısında bu cür əks həmlələri etmək mənasızdır.”
Zabitin dediyi sözlərin rus dilinə tərcüməsi: “Никакой Азербайджанский солдат не отступит от своей военной позиции, даже если он будет бороться до последней капли своей крови. То есть враг не рискнет вступить в эти позиции. Потому что это может привести к большим потерям с их стороны. Сами враги прекрасно это осознают. Несмотря на то что во время боя они несколько раз все же рискнули перейти на атаку чтобы заполучить наши позиции, это у них не получилось и они сами были свидетелями своих неуместных потерь. Наконец окончательно осознали что против Азербайджанских военных войск не уместны такие необдуманные контр атаки.
Ermənilərin subtitrdə yazdığı tərcümə: «После получения приказа я приказал нашим спецподразделение атаковать ночю. Они так гордо и с радостю шли на бой потому что мы думали что враг крепко спит. Но мы ошиблись. После того как я услышал крики наших умираюших солдат у меня сердце не выдержало. Я сразу сел свою машину и оставив свой застав сбежал. Наши спецподразделение сотнями пошли на атаку , но не один не вернулся. Когда все утихло я вернулся в застав и стали просит Армяном дать нам возможност собирать трупы наших шехидов. Армяне засунули Сафаровские топора в ж… наших шехидов, каторие они взяли чтобы зарезать спяших Армян.” (За грамматические ошибки редакция не в ответе)(Qrammatik səhvlər ermənilərə aiddir. red.)
Ermənilərin tərcüməsi azərbaycanca: “Mən əmr alan kimi xüsusi qüvvələrə gecə hücum etməyi əmr verdim. Onlar elə qürurla və sevinclə döyüşə gedirdilər, çünki düşünürdülər ki, düşmən möhkəm yatır. Amma biz səhv düşünürdük. Ölən əsgərlərimizin qışqırıqlarını eşitdikdən sonra ürəyim dözmədi. Mən dərhal maşınıma oturdum və postu qoyub qaçdım. Bizim yüzlərlə əsgərimiz hücuma keçdi, amma biri də geri qayıtmadı. Hər şey sakitləşəndə geri qayıtdım və ermənilərə yalvarmağa başladıq ki, şəhidlərimizin meyitlərini qaytarsınlar. Ermənilər bizim yatan əsgərlərimizin başını kəsmək üçün götürdükləri Səfərov baltalarını bizim şəhidlərə yeritmişdilər.
Gununsesi.info










