Hərbi təyyarə qəzaya uğrayıb

  • Müəllif: admin
  • 07 Aprel 2017 15:46

unnamed (14)

Serbiyanın qərbində hərbi təyyarə qəzaya uğrayıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Serbiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, “Super Galeb F4” tipi hərbi təyyarə səhər saatlarında sınaq uçuşu zamanı radarlardan itib. Şаbаç şəhəri yaxınlığında qəzaya uğrayan təyyarə Yuqoslaviya istehsalı olub.

Artıq hərbi təyyarənin düşdüyü bölgəyə xilasedicilər göndərilib.

Hələlik pilotlardan heç bir xəbər yoxdur.

Anar
Gununsesi.info