Polşada sərnişin qatarı yük maşını ilə toqquşub, 18 nəfər xəsarət alıb

  • Müəllif: admin
  • 07 Aprel 2017 21:07

avtoqeza

 

Polşanın cənubunda sərnişin qatarı yük maşını ilə toqquşub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qəza Ozimek şəhəri yaxınlığında qeydə alınıb.

Hadisə nəticəsində 18 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan 3-ün vəziyyəti ağır kimi qiymətləndirilir. Qəza baş verdiyi an qatarda 300-dək sərnişin olub.

Qəzanın səbəbləri barədə məlumat verilmir.

 

Gununsesi.info