Belarus azərbaycanlılar üçün yeni turizm paketləri hazırlayıb

  • Müəllif: admin
  • 07 Aprel 2017 22:40

belarus

Belarusun Milli Turizm Agentliyi (MTA) Azərbaycan vətəndaşları üçün müxtəlif turizm paketləri hazırlayıb.

Gununsesi.info-nun verdiyi məlumata görə, bunu Trend-ə MTA-nın direktor müavini Yelena Liximoviç deyib.

Onun sözlərinə görə, azərbaycanlı turistlərə hərbi-tarixi turizm, eləcə də müxtəlif yaş kateqoriyaları üçün sanatoriya-kurort paketləri təqdim olunacaq. Bundan başqa, turizm agentliyi ekoloji marşrutlar üzrə səyahətlər təşkil edir.

Yelena Liximoviç qeyd edib ki, 2016-cı ildə Belarusa 18 min Azərbaycan vətəndaşı səfər edib.

Gununsesi.info