Kolumbiyada təbii fəlakət 102-si uşaq olmaqla 314 nəfərin canını aldı

  • Müəllif: admin
  • 08 Aprel 2017 08:16

sel dasqin

Kolumbiyanın Putumayo departamentində baş vermiş sel daşqınları nəticəsində 102 həddi-büluğa çatmamış uşaq ölüb.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, bu barədə yayılan rəsmi məlumatda deyilir. Ümumilikdə təbii fəlakət nəticəsində 314 nəfər həyatını itirib, 332 nəfər xəsarət alıb.

Məlumata görə,  127 nəfər itkin düşüb, onların arasında 3 əcnəbi – İspaniya, Almaniya və Ekvador vətəndaşları da var.

Təbii fəlakətlə əlaqədar prezident Xuan Manuel Santos ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib. Xatırladaq ki, aprelin 1-ə keçən gecə baş verən faciəyə səbəb leysanlar nəticəsində Mokoa çayının məcrasından çıxması olub.

Gununsesi.info