
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Dövlət Energetika Xidmətinin yaradılması haqqında fərman imzalayıb.
Gununsesi.info-nun naxcivantv-yə istinadən verdiyi məlumata görə, fərmanda bildirilir:
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alıram:
- Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti yaradılsın.
- “Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti haqqında Əsasnamə” təsdiq edilsin.
- “Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin strukturu” təsdiq edilsin.
- Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti aparatının işçilərinin say həddi 28 ştat vahidi müəyyən edilsin.
- Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Gununsesi.info












