
İranın Zahidan şəhərində İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) komandirlərindən olan Ruhullah Əliyə qarşı terror törədilib.
Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, SEPAH-ın batalyon komandiri Ruhullah Əli Zahidandan Korrinə qayıdarkən terrorçuların hücumuna məruz qalıb. O, aldığı güllə yaralarından həlak olub.
Hadisədən sonra SEPAH qüvvələri ilə terrorçular arasında atışma baş verib. Nəticədə R. Əliyə hücum edən 2 terrorçu öldürülüb.
Gununsesi.info












