
Vaşinqton Suriya münaqişəsi üzrə iştirakını genişləndirmək niyyətində deyil.
Gununsesi.info-nun verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Fox Business” kanalına müsahibəsində bildirib.
Tramp ABŞ-ın məhz hansı addımları Suriyada atmaq niyyətində olmadıqları barədə dəqiq məlumat verməyib.
Homs aviabazasına endirlən zərbələr haqqında da danışan Donald Tramp “Mənim etdiyimi Obama administrasiyası etməli idi. O zaman Suriyada vəziyyət daha yaxşı olardı”,- deyə söyləyib.
Gununsesi.info












