
Avropa Birliyi cəzalandırıcı orqana çevrilib.
Gununsesi.info-nun axar.az-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Yunanıstanın xarici işlər naziri Nikos Kotzias söyləyib.
Onun fikrincə, AB dünyada baş verən proseslərin çoxunu anlamır:
“AB-nin Qərb dünyasının mərkəzi olmaqla bağlı planları illüziyadır. 21-ci əsrdə dünya Avropa modelinə uyğun gəlmir. Bu, ABŞ-ın hökmran olduğu və bundan sonra da olmağa davam edəcəyi dünyadır. Üstəlik, Asiyada artıq yeni mərkəzlər yaranır”.
Gununsesi.info












