Yaponlar zəlzələnin nə vaxt olacağını əvvəlcədən biləcəklər

  • Müəllif: admin
  • 12 Aprel 2017 11:58

17918424_1823001001356809_529731756_n

Yaponlar dünyada bir ilkə imza atıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, onlar zəlzələni əvvəlcədən xəbər verən cihaz hazırlayır.

Yaponiya Dəniz-Dünya Elmləri və Texnologiyası Təşkilatı (JAMSTEC) bir zamanlar mümkünsüz görünən bir layihəyə başlayır. JAMSTEC alimləri artıq yer qabığı və nüvə arasında yerləşən mantiya qatına nüfuz etmək üçün ilk qazıntı işlərinə başlayıb. Əsas işlərin Havay adalarında həyata keçirilməsi nəzərdə tutulur.

2020-ci ildə başlanması planlaşdırılan qazıntılar zamanı “Chikyu” adlı açıq dəniz araşdırma gəmisindən istifadə olunacaq.

Onu da qeyd edək ki, mantiya qatı Yer kürəsi kütləsinin 84 %-ni təşkil edir. Qatı və qaynar metaldan ibarət mantiyanın ən yavaş hərəkəti də qitələrin sürüşməsinə, vulkanlara və zəlzələlərə gətirib çıxarır.

Nigar

Gununsesi.info