Bakıda dindarlar məscidin sökülməsinə etiraz edirlər - FOTOLAR

  • By admin
  • 12 Aprel 2017 11:53

unnamed (11)

 

Bu dəqiqələrdə “Sovetski”də  dindarlarla polis əməkdaşları arasında qarşıdurma yaşanır.

Gununsesi.info-nun xəbərinə görə, buna səbəb Sovetski`də yerləşən Əbdürrəhimbəy Qulubəyov məscidinin  hazırda  sökülməsidir.  Hadisə  şahidlərinin söylədiklərinə görə, dindarlar  binanı dövrəyə alıb sökülməsinə imkan vermirlər. Nəticədə işə polis qüvvələri qarışıb. Dindarlar polisə müqvimət göstərib, məscidin söklməsinə etiraz edirlər.

Qeyd edək ki, 1902-ci ildə inşa edilmiş Əbdürrəhimbəy Qulubəyov məscidin divarlarına asılmış lövhədə abidənin Mədəniyyət Nazirliyi tərəfindən qorunduğu yazılsa da, məscidin bu gün sökülməsinə başlanılıb.

unnamed (10) unnamed (9) unnamed (8) unnamed (7)

Gülnaz Qənbərli

Gununsesi.info