“Rusiyadakı bəzi qüvvələr Azərbaycanla münasibətlərin yüksək səviyyədə olmasını istəmirlər…” - YAP-ÇI DEPUTAT

  • By admin
  • 13 Aprel 2017 11:34
elman-nesirov-2016
Son günlərdə Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycanlıları Konqresinin  (ÜAK) fəaliyyətinin dayandırlması ilə bağlı çıxarılan qərar Azərbaycanla Rusiya arasındakı münasibətlərin  müəyyən mənada gərginləşməsinə  səbəb olub.
İki ölkə arasında yaranmış durum və  bu proseslərin gələcək inkişaf perspektivi ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizilik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının  Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirova müraciət etdik.
 Gununsesi.info-ya açıqlamsında millət vəkili  bildirib ki, Azərbaycanla Rusiya arasındakı münasibətlər strateji tərəfdaşlıq münasibətlərinə söykənir.
Onun sözlərinə görə, bu baxımdan, iki ölkə arasında strateji və bir sıra  mühüm  məsələlərdə hər hansı fikir ayrılığı  və ya problem yoxdur.
“Ancaq son günlərdə Rusiyada fəaliyyət göstərən Azərbaycanın diaspor təşkilatı olan  ÜAK-ın fəaliyyətinin dayandırlması ilə bağlı məsələ həqiqətən narahatedici məsələdir. Bildiyiniz kimi, Azərbaycanla Rusiya rəhbərliyi arasında  istənilən məsələdə fikir ayrılığı olmasa da,  Rusiya böyük ölkə olduğundan, burada  müxtəlif qüvvələr fəaliyyət göstərir. Hansı ki, bu qüvvələrin bir qismi  Rusiya ilə Azərbaycan arasında münasibətlərin belə yüksək səviyyədə olmasını istəmir və buna qısqanclıqla yanaşırlar.
Ona görə də bu qüvvələr hər vasitə ilə Rusiya ilə Azərbaycan dövləti, xalqlarımız arasında münasibətlərin korlanması üçün müxtəlif  təxribat xarakterli  addımlara əl atırlar.  Mən deyədrim ki, Rusiya ilə Azərbaycan arasında  münasibətlərin gərginləşməsində və pozulmasında maraqlı olan ən əsas qüvvə  Rusiyada fəaliyyət göstərən erməni diasporasıdır”- deyə, millət vəkili vurğulayıb.
Millət vəkili hesab edir ki, ÜAK-ın fəaliyyətinin dayandırlması  da  Rusiyadakı erməni diasporaının “əməyinin”  nəticəsidir.
“Ermənilər bu yolla iki ölkə arasındakı münasibətləri korlamağa cəhd edirlər.  Ermənilər bununla təkcə Azərbaycana deyil, eyni zamanda, Rusiyanın maraqlarına ciddi zərbə vurmaq istəyir. Ona görə də hesab edirəm ki, Rusiya rəhbərliyi yaranmış vəziyyəti düzgün dəyərləndirib, iki ölkə arasındakı münasibətlərə hər hansı formada xələl gəlməməsi üçün ÜAK-ın fəaliyyətini yenidən bərpa edəcək.  Həmçinin, iki ölkə arasındakı münasibətlərin daha yüksək səviyyəyə qalxmasına  çalışacaq”- deyə, o vurğulayıb.
Mürtəza
Gununsesi.info