Yağ fabrikində partlayış olub - YARALANALAR VAR

  • Müəllif: admin
  • 14 Aprel 2017 12:27

unnamed (6)

Türkiyədə Afyonkarahisar şəhərində güclü partlayış baş verib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış Afyonkarahisar şəhərində fəaliyyət göstərən yağ fabrikində qeydə alınıb.

Belə ki, partlayışın ardından çıxan yanğın qısa müddətdə böyüyərək fabriki öz təsiri altına alıb. Hadisə yerinə çox sayda təcili yardım maşınları gəlib.

Yanğının söndürülməsinə Afyonkarahisar Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürənlərindən əlavə yaxın bölgələrdən də yanğınsöndürənlər də cəlb olunub.

Yanğınsöndürənlər yanğın zamanı 36 yaşlı Yusuf Kalaycı ilə, 30 yaşlı Sedat Taşarın yaralandığını bildiriblər.

Qeyd edək ki, partlayışın baş vermə səbəbi hələ ki, məlum deyil.

Anar
Gununsesi.info