Siyavuş Novruzov jurnalistləri diqqətli olmağa çağırıb

  • Müəllif: admin
  • 14 Aprel 2017 14:29
siyavus
“2017-ci il Azərbaycanda “İslam Həmrəyliy ili” elan olunub.  Bununla bağlı ölkəmizdə müxtəlif beynəlxalq konfranslar keçirilir. Bundan başqa bu il ölkəmizdə İslam Həmrəylik Oyunları keçiriləcək. Dünyanın 57 ölkəsindən ölkəmizə nümayəndə heyəti və dövlət başçıları gələcək. Ümumilikdə Azərbaycanda bu istiqamətdə kifayət qədər addımlar atılır, İslamın ən gözəl modeli ölkəmizdə tətbiq olunur”.
Gununsesi.info xəbərinə  görə, bunu  Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentdə çıxış edərkən deyib.
Azərbaycanda 2500-dən artıq məscidin tikildiyini deyən deputatın sözlərinə görə ən qədim məscidlərdən biri olan Şamaxı Cümə Məscidi, Gəncədə İmamrza məscidləridir ki, onlar Heydər Əliyev Fondu tərəfindən ən yüksək səviyyədə təmir olunaraq insanların ixtiyarına verilib:
“Bundan başqa Bakıda tikilən “Heydər Məscidi” təkcə Cənubi Qafqazda deyil, bir çox müsəlmanlar ölkələrində olan məscidlərdən ən böyüyüdür.  Bu məscidlərin əsas funskiyası insanların orada namaz qılıb ibadət etməsidir. Bu məscidlər hansısa qərarların qəbulu və addımların atılması üçün deyil. Bu baxımdan  Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasını, ölkəmizdə “İslam Həmrəliyi ili”nin elan edilməsi, Azərbaycanın böyük bir missiyanı öz üzərinə götürməsini qəbul etməyən qüvvələr var ki, onlar İslamı, terrorçu seperatçı kimi qiymətləndirirlər. Bunu etmək olmaz. Çünki. İslam mədəniyyət, inkşaf, elmdir”.
S. Novruzov qeyd edib ki. Azərbaycanda İslam Həmrəylik Oyunlarının keçirilməsi bəzi qüvvələri narahat edir: “Biz bu məsələlərdə ayıq-sayıq olmalı, jurnalistlər də bu kimi məsələlərdə diqqətli olmalıdırlar ki, cəmiyyətə düzgün informasiya çatdırılsın.  “Hacı Cavad” məscidindən 100-200 metr aşağda  digər məscidlər var ki,  insanlar namazlarını orada da qıla bilərlər.  Bu baxımdan bu cür narazılıqların yaradılması müxtəlif məqsədlərə xidmət edir.  Bu baxımdan düşünürəm ki məscidlə bağlı düzgünaddım atılıb. Bu gün Azərbaycanda olan din-dövlət münasibətlərini bu cür də inkişaf etdirmək lazımdır”.
 
Mürtəza
Gununsesi.info