
Yığdığı hissələrdən özünə “IPhone 6s” düzəldib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Çinin Şenzen şəhərindəki mağazalardan elektron hissələr toplayan Skott Allen özünə “IPhone 6s” düzəldib.
“Strange Parts” adlı Youtube kanalında yayımlanan videoda onun bu işi necə bacardığı açıq-aşkar göstərilir.
Elektron hissələr satılan mağazaların altını üstünə gətirən Allen bir neçə gün ərzində lazımi parçaları tapıb və cihazı hazırlayıb.
Allen telefonun əsas hissələrindən kiçik detallarına qədər diqqət edərək onları bir neçə saat ərzində birləşdirib. Hətta cihaz kiçik bir sistemin köməyi ilə sensor funksiyası ilə də təmin olunub.
Nigar
Gununsesi.info









