Qazaxıstanda parlament seçkilərinin qalibi məlum oldu

  • Müəllif: Firuzə
  • 24 Avqust 2026 10:46

Qazaxıstanda yeni parlament seçkilərinin qalibi məlum olub.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə əsasən, seçkilərdə “Adilet” partiyası 71,17 faiz səslə birinci olub.

İkinci yeri “Auıl” partiyası tutub. Bu siyasi qüvvə seçicilərin 6,26 faizinin dəstəyini qazanıb.

Respublica partiyası isə 5,56 faiz səslə üçüncü olub.

Qeyd edək ki, Qazaxıstanda yeni milli parlamentə seçkilər 23 avqustda keçirilib. Ölkədə bundan əvvəl iki palatalı parlament fəaliyyət göstərirdi. Parlament Məclis (aşağı palata) və Senatdan (yuxarı palata) ibarət idi.

Yeni sistemə keçidlə Qazaxıstanın qanunverici orqanının birpalatalı parlament formatında fəaliyyət göstərməsi nəzərdə tutulur.

Xatırladaq ki, “Adilet” partiyası 2026-cı ilin mayın 7-də yaradılıb və ölkə başçısı Kasım-Jimart Tokayevin kursunu dəstəkləyir.

Gununsesi.info