Bu ilin yanvar–iyul aylarında 110,7 min pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.
Gununsesi.info bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Məlumata görə, onlardan 24,6 min pensiya, 75,5 min müavinət və 10,6 min təqaüd təyinatıdır.












