Bakıda bina tikintisi zamanı fəhlə yıxılaraq öldü

  • Müəllif: admin
  • 19 Aprel 2017 20:37

fehle

Bakıda bina tikintisi zamanı fəhlə yıxılaraq ölüb.

Gununsesi.info bildirir ki, hadisə paytaxtın Xətai rayonu, N.Tusi küçəsində qeydə alınıb.

Orada tikilməkdə olan binada fəhlə işləyən 1984-cü il təvəllüdlü Şəhriyar Əliyev binanın beşinci mərtəbəsindəki liftin şaxtasından yıxılaraq ölüb.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Qeyd edək ki, həmin bina “Amal” MTK tərəfindən inşa edilir.

Gununsesi.info