
“Mehman Hüseynov hələ cəzaçəkmə müəsissəsinə köçürülməyib”.
Gununsesi.info xəbər verir ki, bu haqda onun vəkili Elçin Sadıqov sosial şəbəkədəki səhifəsində yazıb.
Vəkil qey edib ki, Mehman hələ cəzaçəkmə müəsissəsinə köçürülməyib indi əlaqə saxladım:
“Bir neçə gün əvvəl Mehman Hüseynovu Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən gələn həkimlər müəyinə ediblər və bildirblər ki, cərrahi əməliyyata ehtiyacı var. Deyiblər ki, M.Hüseynov əməliyyat olunması üçün vəkili (Elçin Sadıqov) yenidən müraciət etməlidir. Mehman Hüseynovun əməliyyat olunması üçün yenidən müraciət göndərdim”.
O bildirib ki, M.Hüseynov varikoz damar genişlənməsindən əziyyət çəkir.
Gülnaz Qənbərli
Gununsesi.info











