Rusiyanın Sankt-Peterburq şəhərində metroda törədilən terror aktının şübhəlilərindən biri Abror Əzimovun qardaşı Əkrəm Əzimov olayı törətmək üçün lazım olan pulu Türkiyədəki bir terror qruplaşmasının üzvündən alıb.
Axar.az xəbər verir ki, bu barədə Moskvanın Basman Məhkəməsinin qərarında deyilib.
“Əkrəm Əzimov Peterburq terrorçusu Əkbərcan Cəlilovla telefon danışıqları aparıb və Türkiyədəki terror qruplaşmasından aldığı pulları qardaşına göndərib”, – deyə qətnamədə bildirilib.
Gununsesi.info











