Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə keçirdiyi müntəzəm brifinqdə bildirib ki, hazırda Kreml vasitəsilə ABŞ nümayəndələri ilə heç bir əlaqə planlaşdırılmır.
Gununsesi.info xəbər verir ki, müxbirlər ondan Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskvaya səfəri ilə bağlı şərh verməsini xahiş ediblər və Rusiya hakimiyyət orqanlarının digər amerikalı qonaqları gözləyib-gözləmədiyini soruşublar.
“Hələlik əlaqələr barədə heç nə deyə bilmərəm. Kreml səviyyəsində heç bir əlaqə planlaşdırılmayıb”, – deyə Peskov cavab verib.
Maqsud











