“Bitcoin”in qiyməti 78 min dollara enib

  • Müəllif: Firuzə
  • 26 Avqust 2026 20:32

“Bitcoin”in qiyməti 78 min dollara düşüb.

Gununsesi.info xəbər verir ki, hazırda dünyanın əsas kriptovalyutasının qiyməti 78 min 139 dollardır.

Ötən həftə son üç ilin ən güclü həftəlik qazancını göstərən kriptovalyutanın qiyməti satışların artması səbəbindən 81 min dollar səviyyəsindən aşağı enib. ABŞ-də uzunmüddətli istiqraz alışlarının ikiqat artırılacağı ilə bağlı açıqlamadan sonra “Bitcoin” təxminən 22 faiz dəyər qazanmışdı.

Analitiklər bildirirlər ki, Yaxın Şərqdə gərginliyin qismən yumşaldılması, neft qiymətlərinin aşağı düşməsi və ABŞ istiqraz gəlirlərinin azalması “Bitcoin”in qiymətindəki rallinin sürətini bir qədər yavaşladıb.

Spot “Bitcoin” fondlarına isə 314 milyon dollar xalis axın olub və bu, ardıcıl beşinci ticarət günüdür ki, axınlar 300 milyon dolları keçib.

Lakin, texniki göstəricilər həddindən artıq əməliyyatı işarə etsə də, ekspertlər davamlı artım üçün spot ticarət həcmlərinin güclənməsinin vacibliyini qeyd edirlər.

Gununsesi.info