Tağı Əhmədovun ailəsində toy –  Pul yığmayacaq

  • Müəllif: admin
  • 21 Aprel 2017 20:36

1492790516-5857

 

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun şad günü yaxınlaşır. O, nəvəsi Dinarəyə olduqca fərqli toy edəcək.

“Qafqazinfo” Yeniçağ.az-a istinadən xəbər verir ki, T. Əhmədov bu toyla Azərbaycan məmurları arasında bir ilkə imza atacaq. Belə ki, məclisə çağırılan hamı Tağı müəllimin qonağı olacaq, nəmər yığılmayacaq. Qonaqlar səbəbkarın şərəfinə yeyib-içib, şənlənəcəklər.

Qeyd edək ki, Dinarə Tağı müəllimin oğlu Raufun qızıdır. Toy məclisi aprelin 22-də “Neolit” restoranında baş tutacaq.

 

Gununsesi.info