
Özmüz getməsək də meyvələrimiz İrəvanın ticarət obyüktlərini bəzəyir və oranə necə deyərlər “ələ alıblar”. Ona görə də erməni rəsmiləri bundan təşvişə düşüb və bunun hansı yolla İrəvanı “ələ keçriməsini” araşdırırlar.
Ermənistan Azərbaycan almalarının bu ölkəyə necə idxal olunmasınının yollarını araşdırır.
Gununsesi.info xəbər verir ki, bunu Ermənistan Kənd təsərrüfatı nazirliyinin yeyinti qidaları təhlükəsizliyi üzrə dövlət xidmətinin rəhbəri İşxan Karapetyan jurnalistlərə açılamasında deyib.
Erməni mediasının verdiyi məlumata görə, İ. Karapetyan bildirib ki, hazırda aidiyyatı dövlət qurumları Azərbaycan almalarının Ermənistan bazarına hansı yolla idxal edilməsini araşdırmaqla məşğuldurlar.
Onun sözlərinə görə, artıq İrəvanda bir sıra satış məntəqlərində Azərbaycandan idxal olunan almalar aşkar edilib və satışdan çıxarılıb.
Bununla belə Ermənistan kənd təsərrüfatı nazirliyi yanında yeyinti qidalarının təhlükəsizliyi üzrə dövlət xidmətinin rəhbəri İ. Karapetyan deyib ki, bunları həra hansı hüquqi subyekt yox, ancaq fiziki şəxslər gətirə bilər: “Çünki Ermənistan qanunvericiliyinə görə, 50 kq-dək meyvə-tərəvəz gətirmək böyük ticarət partiyası hesab edilmir. Biz də bazarlardan təqribən bu həcmdə meyvə aşkar edərək götürmüşük”.

Gununsesi.info












