Gəncə sakini naməlum şəxs tərəfindən bıçaqlandı

  • Müəllif: admin
  • 09 May 2017 00:01

intihar bicaq

Gəncədə bıçaqlanma olub.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə,  şəhərin Məhsəti qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Məmmədov Nicat Mehman oğlu qarnın kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

N. Məmmədovun sözlərinə görə, o, qəsəbədə tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info