CHP-də kadr dəyişikliyi - FOTO

  • Müəllif: admin
  • 10 May 2017 14:58

07

Türkiyədə Ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verən Selin Sayek Bökenin yerinə partiya sədrinin köməkçisi Bülent Tezcan təyinat alıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl CHP sədrinin iqtisadi məsələlər üzrə müavini və təşkilatın sözçüsü Selin Sayek Böke tutduğu vəzifədən istefa verib.

Belə ki, Selin Sayek Böke istefa səbəbi haqda öz sosial şəbəkə hesabında yazıb. O, partiyanın uğursuzluğuna görə, CHP sədri Kamal Kılıçdaroğlunu ittiham edib.

Anar

Gununsesi.info