Biləsuvarda 3 yaşlı uşağı cərəyan öldürdü

  • Müəllif: admin
  • 10 May 2017 18:02

2017-04-14-11-57-51tok usaq

Biləsuvarda 3 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb.

Gununsesi.info-nun məlumata görə, hadisə rayonun Ovçubərə kəndində qeydə alınıb. Kənd sakini, 2014-cü il təvəllüdlü Ağayev Müşfiq Eldar oğlu həyətlərindəki su quyusunun elektrik açarı ilə oynayarkən elektrik cərəyanı vurub.

Hadisədən dərhal sonra azyaşlı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Gununsesi.info