Ankarada FETÖ əməliyyatı

  • Müəllif: admin
  • 16 May 2017 14:40

07

Bu gün səhər saatlarında Ankara Baş Prokurorluğu Təhsil, eləcə də Enerji və Təbii Qaynaqlar Nazirliklərində xüsusi əməliyyat keçirib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Baş Prokurorluğu tərəfindən Fətullahçı Terrör Təşkilatı /Paralel Dövlət Yapılanması (FETÖ/PDY) ilə bağlı açılan cinayət işi çərçivəsində “Bylock” kodundan istifadə etdiyi bildirilən Enerji və Təbii Qaynaqlar Nazirliyinin 60 nəfər əməkdaşı, eləcə də Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində çalışan 25 nəfər müəllim nəzarətə götürlüb.

Qeyd edək ki, nəzarətə götürlənlərin bir qismi bir müddət əvvəl tutduqları vəzifədən azad ediliblər, digər bir qismi isə hazırda iş başınadadır.

Anar

Gununsesi.info