
Gununsesi.info BBC-ə istinadən xəbər verir ki, İngiltərənin Lids Universitetinin professoru Eleanor Skot son vaxtlarda insanlar üzərində apardığı təcrübələrə əsasən 7 saatdan az yatan insanların şişman və diabet xəstəsi olma riskinin olduqca yüksək olduğunu açıqlayıb.
Alim bunun səbəbini belə əlaqələndirib ki, az yatmaq iştaha hormonlarına ciddi şəkildə təsir göstərir və yuxusuz adamlar özlərini ac hiss edirlər. Professor Skotun apardığı araşdırmalara görə, normal yuxu qəbul etməmək qan şəkərinə birbaşa təsir göstərir və az yatan insanlar şirni qəbul etməyə meyilli olurlar.
İngilis alim bunları söyləməklə insan həyatında normal yuxu rejiminin ciddi əhəmiyyət kəsb etdiyinə diqqət çəkib.
Gununsesi.info












