110 milyon illik dinozavr tapıldı - FOTOLAR

  • Müəllif: admin
  • 19 May 2017 12:10

dino2

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Kanadada ortaya çıxarılan bir tapıntı bütün dünyanın marağına səbəb olub. Ağır çəki və zirehli dəriyə malik 110 milyon illik dinozavr qalıqlarının görüntüsü eynilə qorxu filmlərində gördüyümüz əjdahaları xatırladır.

Dinozavr qalıqlarının tapılmasının maraqlı tarixçəsi var. Tunel qazan Şavn Fankın əlindəki qazıcı alət sərt bir çeyə toxunub. O, həmin şeyin nə olduğunu aydınlaşdırmaq üçün diqqətlə axtardığı zaman 5,4 metr uzunluğunda olan 1360 kiloqramlıq dinozavr sümükləri ilə qarşılaşıb. Muzeyə təqdim olunan sümüklər qarşısında alimlər öz heyrətini gizlədə bilməyib. Sümüklər daşlardan təmizlənib. Alimlərin gəldiyi qənaətə əsasən, bu, qısa və beş barmaqlı ayaqlara, özünü müdafiə zamanı istifadə etdiyi topuzlu quyruğa, 50 santimetrlik tikanlı, zirehli dəriyə malik olan dinozavr sümükləridir. Araşdırmalara görə, bu heyvanlar eramızdan çox əvvəlki dönəmlərdə yaşayıb və 110 milyon il əvvəl nəsilləri dəyişib.

Alimlər bu sümük qalıqlarını elm aləmi üçün dəyərli tapıntı kimi qiymətləndirib.

dino1

 

dino3

 

dinozavr

 

dino4

 

dino6

 

dino7

Gununsesi.info