Britaniyanın Azərbaycandakı səfirliyində bayraq endirildi

  • Müəllif: admin
  • 23 May 2017 10:54

bakidaki-bir-nec-sfirlikd-bayraqlar-endirildi5c7cb0a5de15e393fdd4

Mançester şəhərində baş vermiş partlayışla əlaqədar Böyük Britaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.

Bu barədə Gununsesi.info-ya Birləşmiş Krallığın Bakıdakı səfirliyindən bildiriblər.

Qeyd edək ki, bu gecə “Mançester Arena” stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Gununsesi.info