
Bir çox dövlət qurumlarının Azərbaycan Beynəlxalq Bankında (ABB) deposit hesablarının aqibəti sual altına düşüb. Belə ki, Dövlət Neft Şirkəti Heydər Əliyev adına Neft Emalı Zavodunun tikintisi üçün büdcədən aldığı vəsaiti Beynəlxalq Bankdakı hesab vasitəsilə əldə edilir. Burada nə az, nə çox 1.2 milyard manatlıq vəsaitdən söhbət gedir. Həmin hesablarla bağlı hər hansı bir problem yaşanırmı?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Gununsesi.info-ya bildirib ki, hazırda SOCAR-ın ABB-də depozit hesabı olmadığı üçün narahatlığa əsas yoxdur: “SOCAR-ın Beynəlxalq Bankda depozit hesabı olmayıb. 2016-cı ildə SOCAR üçün həmin bankda 1.86 milyard manat həcmində kredit xətti açılıb. Onun 1.26 milyardı H.Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası üçün, 600 milyom manatı isə “Bulla dəniz” və Günəşli” yataqlarında yeni quyuların qazılması layihələrinin maliyyələşdirilməsi üçün xətt açılıb”.
İ.Şabahın sözlərinə görə, vəsait tam şəkildə SOCAR-ın hesabına oturmayıb: “Çünki tranşlarla ödənilir. Yəni hər layihə, hər müqavilə üçün vəsait lazım olduqca SOCAR-a kredit ayrılır”.
Vüsalə Rüstəmova
Gununsesi.info











