
Mayın 26-da Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) inzibati binasında 2017-2018-ci il lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və Topaz Premyer Liqasında iştirak etmək üçün lisenziya əldə etmiş klubların nümayəndələri ilə görüş keçirilib.
AFFA-dan Gununsesi.info-ya verilən məlumata görə, lisenziyalaşdırma qrupunun əməkdaşları tərəfindən iştirakçılara mövsümünün yekunları ilə bağlı statistik göstəricilər və növbəti mövsümün lisenziyalaşdırma prosesini əhatə edəcək yeniliklərlə bağlı məlumat verilib.
Tədbirin sonunda növbəti mövsümdə Topaz Premyer Liqasında iştirak edəcək klublar müvafiq lisenziyalarla, həmçinin adları aşağıda qeyd olunmuş klub nümayəndələri xüsusi sertifikatlarla təltif olunub.
Belə ki, ötən mövsümün ən yaxşı lisenziyalaşdırma üzrə meneceri Zöhrab Hacıyev (Neftçi PFK) və ötən mövsümün ən yaxşı maliyyə meneceri isə Mənsurə Məmmədova (Kəpəz PFK) layiq görülüblər.
Anar
Gununsesi.info








