
Əfqanıstanın Host vilayətində güclü partlayış baş verib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Əfqanıstanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Nacib Danış məlumat verib.
Belə ki, Əfqanıstanın Host vilayətinin mərkəzində Adai Kabil bölgəsi istiqamətində hərəkət edən Əfqanıstan Xüsusi Təyinatlı Qüvvələrinin avtomobilinə terrorçu kamikadze tərəfindən hücum edilib.
Nacib Danış bildirib ki, partlayış nəticəsində 18 nəfər ölüb, 6 nəfər isə yaralanıb. N.Danış yaralılardan ikisinin azyaşlı olduğuni bildirib.
Hadisə yerinə təcili tibbi yardım maşınları və polis əməkdaşları cəlb edilib.
Qeyd edək ki, yaralı dərhal Host vilayətindəki xəstəxanalara çatdırılıb. Hazırda hadisə nəticəsində yaralanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Anar
Gununsesi.info











