“Azərbaycanın inkişafını, enerji təhlükəsizliyinin qorunması yönündə səylərini dəstəkləyirəm” - DONALD TRAMP

  • Müəllif: admin
  • 31 May 2017 10:14

donald-tramp-1-300x200

“ABŞ Cənub Qaz Dəhlizini dəstəkləyir. ABŞ sizinlə işləməyə hazırdır”.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, bu sözlər ABŞ prezidenti Donald Trampın bu gün Bakıda keçirilən 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi ilə əlaqədar ünvanladığı məktubda əksini tapıb.

D.Tramp bildirib ki, ABŞ Azərbaycanla birgə həyata keçirilən layihələrə böyük önəm verir: “Azərbaycanın inkişafını, enerji təhlükəsizliyinin qorunması yönündə səylərini dəstəkləyirəm”.

ABŞ lideri ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu da qeyd edib: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə həllinə sadiqdir”.

Gununsesi.info