Sığorta bazarı ötən illə müqayisədə artıb

  • Müəllif: admin
  • 31 May 2017 10:08

sigorta-2

Azərbaycan sığorta bazarı ötən ilin eyni dövrü ilə müqayisədə 0,75% artaraq cari ilin yanvar-aprel ayları ərzində 194,172 mln. manat təşkil edib.

Gununsesi.info bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Bu müddətdə sığorta ödənişlərinin həcmi 11,43% artaraq cari ilin ilk 4 ayı ərzində 75,319 mln. manata çatıb.

Sığorta yığımlarının 140,766 mln. manatı və ya 72,5%-i, ödənişlərin də 57,752 mln. manatı və ya 76,7%-i könüllü sığorta bazarının payına düşüb.

Gununsesi.info