Əfqan Muxtarlıya qarşı yeni ittiham irəli sürüldü

  • Müəllif: admin
  • 31 May 2017 17:32

afgan_mukhtarli1496236200

Gürcüstanda saxlanılaraq Bakıya gətirilən jurnalist Əfqan Muxtarlıya qarşı yeni ittiham irəli sürülüb.

Gununsesi.info xəbər verir ki, bu haqda Modern.az-a vəkil Elçin Sadıqov məlumat verib.

Hazırda Səbail rayon Məhkəməsinə jurnalistin gətirilməsini gözlədiyini bildirən vəkil Əfqan Muxtarlı barəsində həbs-qətiimkan tədbiri seçiləcəyini açıqlayıb:

“Ona qarşı əlavə olaraq Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə ittiham irəli sürüldü. İttihamda Dövlət Sərhəd Xidmətinin əməkdaşının həyatı və sağlamlığı üçün zor tətbiq edildiyi göstərilir”.

Qeyd edək ki, Ə.Muxtarlıya qarşı bundan əvvəl CM-nin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə) və 206-cı (Qaçaqmalçılıq) maddələri  ilə ittiham irəli sürülüb.

Gununsesi.info