Audit hesabatı verməyən bankların adı açıqlandı - SİYAHI

  • Müəllif: admin
  • 02 İyun 2017 17:27

afa8e3a8-5698-4e18-b20b-9799c3fb5ee1_292

Azərbaycanda fəaliyyət göstərən 31 kommersiya bankından 13-ü hələ də 2016-cı ilin audit hesabatını rəsmi internet səhifəsində yerləşdirməyib.

Gununsesi.info-nun  məlumatına görə, bu, “AGBank”, “Amrahbank”, “Atabank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Bank of Baku”, “Bank BTB”, “Bank Respublika”, “Bank VTB (Azerbaijan)”, “Dəmirbank”, “NBC Bank”, “Nikoil Bank”, “Rabitəbank” və “Turanbank” ASC-lərdir.

Banklardan 2-si – “AGBank” və “Amrahbank” açıqlama yayaraq hesabatlılıq məsələsində gecikmənin texniki səbəblərlə bağlı olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycan qanunverciliyinə əsasən, banklar kənar auditorun təsdiqlədiyi maliyyə hesabatını ilin qurtarmasından ən geci 5 ay müddətində, yəni mayın 31-nə qədər açıqlamalı və mətbuatda dərc etdirməlidir.

Gununsesi.info