
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Böyük Britaniyanın paytaxtı Londonda baş verən terror aktı ilə əlaqədar olaraq Britaniya xalqına başsağlığı verib.
Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib. O, terror aktını pislədiklərini vurğulayıb.
Mətbuat katibi, həmçinin, əlavə edib ki, Putin yaxın vaxtlarda Böyük Britaniyanın baş naziri Tereza Meyə başsağlığı teleqramı göndərəcək.
Gununsesi.info











