
Türkiyədə FETÖ tərəfdarlarına qarşı əməliyyat davam etdirilir.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə Gülən şəbəkəsinə qarşı aparılan istintaq çərçivəsində keçmiş baş nazir köməkçisi Bülənt Arınçın kürəkəni DR. Əkrəm Yetər saxlanılıb.
Belə ki, iyunun 5-də Ankaradakı evində nəzarətə götürülən Əkrəm Yetər artıq prokurorluğa sövq edilib.
Bülənt Arınç kürəkəni Ə.Yetərin nəzarətə götürülməsi ilə bağlı mətbuata açaqlama verib: “İnşallah tez bir zamanda bununla bağlı məlumat veriləcək. Kürəkənimizin FETÖ ilə əlaqəsinin olmadığına inanırıq”.
Xatırladaq ki, Yıldırım Beyazıt Universitetində müəllim işləyən Əkrəm Yetər Bülənt Arınçın qızı Ayşəgül Arınç ilə evlidir. Onların 12 yaşında Mehmet Akif adında bir övladları var.
Anar
Gununsesi.info












